Keçmiş məcburi köçkün: “Laçında beş qardaşımı itirmişəm”

Keçmiş məcburi köçkün: “Laçında beş qardaşımı itirmişəm”
30 2024 10:41

“Laçında beş qardaşımı itirmişəm”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Dursun Qəmbər qızı Kərimova deyib.

O bildirib ki, ölkə başçısının dəmir yumruğu sayəsində bu gün öz doğma yurduna qayıdır:

“Bu gün sevincimiz kədərimizə qarışıb. Sevinirik ki, 30 ildən sonra öz yurdumuza qovuşuruq. Üzülürük ona görə ki, bu doğmalarımıza ömür vəfa etmədi ki, onlar da bu günləri görsünlər. 
Mal-mülk heç nə torpağımız qədər önəmli deyil. Dövlətimiz Laçında, azad olunan ərazilərdə bizlər üçün çox gözəl şərait yaradıb. Amma bizim üçün ən önəmlisi torpaqlarımızın azad olunmasıdır.

Mən beş qardaşımı itirmişəm Laçında. Ora gedib ən birinci xatirələrimizlə dolu torpağımızı qucaqlayıb öpəcəyik. 

Ailəmiz çox böyük idi, Bakıda, rayonlarımızda köçkünlük həyatı sürdük. Bu gün amma o qorxulu yuxularımız sona çatır. Bundan sonra cavanlarımıza, gənclərimizə, uşaqlarımıza sülh, əmin-amanlıq diləyirəm. 

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Laçın rayonunun Zabux kəndinə 2 ailə, 4 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.


20 May 2024
Cəmiyyət

Zəngəzur meşələrindən reportaj

Avropada birinci, dünyada isə Kanadadan sonra ikinci təbii çinar meşələrinin yetişdiyi Bəsitçay Dövlət Təbiət Qoruğunun yeni görüntüləri yayılıb.

20 May 2024
Cəmiyyət

Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar

Laçın şəhər 2 nömrəli tam orta məktəbin dörd şagirdi təhsilini Qarabağ Universitetində davam etdirməyi arzulayır.

20 May 2024
Cəmiyyət

Nazir: "Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığı siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır"

"Azərbaycan və Tacikistan arasındakı iqtisadi əməkdaşlıq siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır".

20 May 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Mayın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

20 May 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 20 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.